Yunker: “Avropa İttifaqının ordusu qurulsun”backend

Yunker: “Avropa İttifaqının ordusu qurulsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet.com”-a istinadən xəbər verir ki, Klaud Yunker , ittifaqın vəziyyəti ilə əlaqədar illik açıqlamasında terrorizmlə mübarizə üçün Aİ ölkələrinin iştirakı ilə müdafiə birliyinin yaradılmasının lazım gəldiyini qeyd edib.
Aİ ölkələrində 2004-cü ildən bəri 30-dan çox terror olduğunu bildirən Yunker, Avropa Müdafiə Fondu yaratmaqla Aİ regionun təhlükəsizliyi üçün mərkəz rolu oynaya bilər. Avropa İttifaqı Parlament Assambleyasının nəzdində qurulacaq olan fond NATO-nun regiondakı fəaliyyətinə dəstək olacaq.
Qeyd edək ki, Avropada təhlükəsizlik və müdafiə mövzusu hər ölkənin öz məsuliyyətindədir. Fransadakı terror hadisələrindən sonra bu məsələnin tək bir mərkəzə həvalə olunması ilə bağlı müzakirələr başlayıb.
Yunker: “Aİ Suriyadakı sülh proseslərinin harasındadır?” Həmçinin, “N-tv.de”-yə istinadən, Junker Suriyadakı hadisələrə toxunub və Aİ-nin bu mövzuda arxa planda olduğunu qeyd edib.

İnterpress.az