Bu gün Bakıda 44013 uşaq I sinfə gedibbackend

Bu gün Bakıda 44013 uşaq I sinfə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bugünkü məlumata əsasən, mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36075 nəfəri Azərbaycan bölməsi, 7938 nəfəri rus bölməsində təhsil alacaq. I sinfə gedən şagirdlərdən 41253 nəfəri 6 yaşı tamam olanlar, 2760 nəfəri isə 6 yaşı tamam olmayanlardır.
Lisey və gimnaziyaların I siniflərinə isə 2450 nəfər şagird gedəcək. Onlardan 2115 nəfəri 6 yaşı tamam olanlar, 335 nəfəri 6 yaşı tamam olmayanlardır.
Hazırda I sinfə qəbul prosesi elektron qaydada davam edir. Proses sentyabrın 15-nə kimi ümumtəhsil məktəblərində, gecikənlər üçün isə sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

İnterpress.az