Biznes-ledinin qətli məhkəmədə araşdırılırbackend

Biznes-ledinin qətli məhkəmədə araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası sentyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayının 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin yaşadığı mənzildə üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən M.Nametzadə Bakıda qızıl alveri ilə məşğul olub.

İnterpress.az