İnterpress.az Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən xəbər verir ki, rayonun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az