Klinton baş verənləri terror hücumu adlandırıb. Prezidentliyə namizəd bildirib ki, bu hadisələr ABŞ-ın islamçılarla mübarizədə qərarlılığını artırmalıdır.
Qeyd edək ki, Minnesota ştatının Sen Klod şəhərində bir nəfər ticarət mərkəzindəki insanlara bıçaqla hücum etmişdi.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alımışdı. Nyu Yorkun Manhetten rayonunda baş vermiş partlayışda 25 nəfər yaralanmışdı. Nyu Cersidə isə xeyriyyə marafonu zamanı kustar üsulla quraşdırılmış bomba partlamışdı. (milli.az)
İnterpress.az