İnterpress.az xəbər verir ki, onun Yunanıstana səfərinə qarşı şəhərin mərkəzi küçələrində etiraz aksiyası keçirilib.
Aksiyada 7 minə yaxın yunan iştirak edib. Aksiya iştirakçıları polislərə daşlar və \”Molotov kokteyl\”ləri atıblar.
Onlarla aksiya iştirakçısı tutulub.
Aksiyanın səbəbi isə Obamanın Yunanıstana 1973-cü ildə tələbələrin üsyanının hərbi xunta tərəfindən qan içində boğulmasının ildönümünə iki gün qalmış yollanmasıdır. Yunanıstandakı hərbi xuntanı Vaşinqton dəstəkləyirdi.
Səfər zamanı təhlükəsizliyi təmin etmək üçün 5 mindən çox polis səfərbər edilib.
Qeyd edək ki, 1999-cu ildə Bill Klintonun Yunanıstana səfəri zamanı da belə iğtişaşlar baş vermişdi. (milli.az)
İnterpress.az