Qanunsuz ov edən şəxslər saxlanılıbbackend

Qanunsuz ov edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına əsasən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün İmişli rayon sakini Rüfət Qəmbərov və Bakı şəhər sakini Habil Şirinov saxlanılıb. R.Qəmbərovdan və H.Şirinovdan 2 ədəd tüfəng, 40 ədəd patron, 2 ov quşu götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 13-də Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün Sabirabad rayon sakini Ceyhun Təhməzov saxlanılıb. Ondan \”İJ-58\” və \”TOZ-16\” markalı tüfənglər, 2 ədəd giliz və 2 ov quşu götürülüb.

İnterpress.az