Erməni bloggerlərindən biri erməni silahlı birləşmələri tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun saxlanıldığı Şuşa həbsxanasının görüntülərini yayıb.
Kadrlardan görünür ki, girovların saxlanıldığı şərait çox pis vəziyyətdədir. Həbsxana sonuncu dəfə 1984-cü ildə təmir edilib. Buradakı bütün əşyalar sındırılıb və yararsız haldadır. Həbsxana 350 nəfər məhbus üçün nəzərdə tutulub.
Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ildə Kəlbəcərdə yaxınlarının məzarlarını ziyarət edən zaman girov gütürülüb. Həmkəndliləri Həsən Həsənov isə öldürülüb.
Qondarma Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən ilin dekabr ayında Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. ( Baku.ws )
İnterpress.az