Nazir qızının toyuna 74 milyon dollar xərclədibackend

Nazir qızının toyuna 74 milyon dollar xərclədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 49 yaşlı Qali Janardhana Reddi mərasimdə şou təşkil etməkdən ötrü 8 Bollivud rejissoru cəlb edib.

Mərasim 5 gün davam edib, qonaqları yerli tanınmışlar əyləndiriblər.

Məlumatda qeyd edilir ki, gəlin məşhur dizaynerlər dəstəsinin, bəy isə 5 ağ atın əhatəsində olub. Qızın valideynləri mərasim üçün xüsusi yazılan mahnını ifa ediblər.

Redi Hindistanın ən varlı siyasətçilərindən biri hesab olunur. O 2014-cü ildə Karnataka ştatındakı dəmir filizinin hasilatı üçün lisenziya alıb.

İnterpress.az