İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım TRT-yə müsahibəsində bildirib.
“Yeni konstitusiya ilə bağlı parlamentdəki işləri 2017-ci ilin yanvarın sonunadək tamamlayacağıq. Koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”, – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, prezident və parlament üzvlərinin səlahiyyət müddəti 5 il olacaq.
İnterpress.az