64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin 3-cü mərtəbəsindən ataraq intihar edib.
Xəstəxananın baş həkimi Adil Salahov AzNews.az-a açıqlamasında Yuri Protopovun kimsəsiz biri olduğunu vurğulayıb:
“Yuri bizim xəstə olub. Xəstəydi, müalicə aldı və ayın əvvəlində evinə buraxıldı. Özün öldürmək üçün hündür yer axtarırmış. Burada yatdığından hündür yerləri tanıyırmış. Noyabrın 24-də gəlib xəstəxanaya, çıxıb üçüncü mərtəbəyə, oradan da özünü atıb. Mühafizə xidməti hardan bilsin ki, bu kimdir və nəyə gəlib? Gün ərzində 50-yə yaxın xəstə yanına gələnlər var, onun hamısından izahat almayacaqlar ki?!”
A.Salahov Yuri Protopovun psixoloji problemı olmadığını deyib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmaya başlanılıb.
İnterpress.az