Vidadi Zeynalov və bəzi vəzifəli şəxslər özünü günahkar bilmirbackend

Vidadi Zeynalov və bəzi vəzifəli şəxslər özünü günahkar bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ona qarşı elan olunan ittihamla özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev də ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bildiyini söyləyib.

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev də elan olunan ittihamla özünü qismən təqsirli bildiyini bildirib.

B.Vəliyev Vergilər Nazirliyi tərəfindən onun direktoru olduğu MMC-yə qarşı qaldırılmış 255 min manatlıq mülki iddianı qəbul etdiyini də deyib.

O, mülki iddianın ödənildiyini söyləyib.

Prokuror Fərid Nağıyev isə mülki iddianın qismən ödənildiyini bildirib.

“Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov da özünü qismən təqsirli bildiyini qeyd edib.

\”Aztelekom\” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov isə ona qarşı irəli serülən ittihamlarla özünü təqsirli bilmədiyini söyləyib.

“Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov da özünü qətiyyən təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən \”Optik Qurğular\” İdarəsinin rəisi Namazəli Məmmədov özünü təqsirli hesab etməyib.

Hakim məhkəmə prosesində fasilə elan olunduğunu açıqlayıb.

Növbəti məhkəmə prosesi noyabrın 28-də davam etdiriləcək. ( musavat.com )

İnterpress.az