İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, Mədəni və Təbiət irsinin qorunması Qanununa zidd olaraq tarixi villanı təmir etdirib dəyişdirən Ebrunun 3 ilə qədər həbsi istənilirdi.
İlk məhkəmədə iştirak etməyən Ebru noyabrın 14-də vəkili ilə birgə prosesdə iştirak edib və ifadə verib. Bu səbəbdən onun məcburən məhkəmə zalına gətirilməsi tələbi qüvvədən düşüb.
Qeyd edək ki, R.Zərrab 2011-ci ildə Kanlıcada yerləşən tarixi Mehmet Arif bəy villalarını alaraq Ebrunun və özünün adına keçirib. Daha sonra Zərrab orada təmir işləri gördürüb. Sonradan tikililərə liftin əlavə edildiyi, binanın önündə və arxasındakı boşluqların dəyişdirildiyi məlum olub. Bu səbəbdən Ebru və Rzanın hər ikisindən şikayət edilərək məhkəməyə müraciət edilib.
İnterpress.az