Qıza görə adam öldürən şəxsə 16 il iş kəsildibackend

Qıza görə adam öldürən şəxsə 16 il iş kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.

K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.

İnterpress.az