Bu barədə \”Milliyyet.com\” xəbər yayıb.
Məlumatda bildirilir ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.
Onlardan 12-i Rusiya, 2-i Azərbaycan, 2-i Özbəkistan və 1-i Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib. ( report.az )
İnterpress.az