İnterpress.az xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan \”Amaq\” saytına istinadən AFP məlumat yayıb.
Məlumata görə, hücum edən İŞİD-in \”əsgərlərindən biri\” olub. Hücum terrorçuların \”beynəlxalq koalisiyaya daxil olan ölkələrin sakinlərinə hücum edin!\” çağırışına cavab olaraq edilib. Hücum edən şəxs universitetin Somali əsilli tələbələrindən biri olub.
İnsident nəticəsində 8 nəfər xəsarət alıb. O, asayiş keşikçiləri tərəfindən öldürülüb.
İnterpress.az