“YouTube” Rusiyadan gedirbackend

“YouTube” Rusiyadan gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, deputatlar Andrey Luqovoy və Şamsail Saraliyev tərəfindən təqdim edilən qanun layihəsi professional səviyyəli audiovizual xidmətlərin təşkilatçısı olan şirkətlərdə xarici şirkətlərin iştirakı payının azaldılması nəzərdə tutulur.
Qanun layihəsi online kinoteatrlar üçün nəzərdə tutulsa da, onun təsiri altına “YouTube” da düşür.

Rusiya Media-Kommunikasiya Birliyi (MKS) “YouTube”da həm professional, həm də həvəskar kontentlərin yerləşdirildiyini bildirib. Birini digərindən ayırmaq mümkün deyil. Birlik hesab edir ki, qanun layihəsi rəqabəti məhdudlaşdırır və istifadəçiləri internetin “boz zona”sına itələyir.

Qeyd olunur ki, qanun layihəsinin təşəbbüskarları “Qazprom Media” və “STS media”dır. Layihə ABŞ-ın “Netflix” video xidmətinə qarşı yönəlib.

İnterpress.az