Bunu İnterpress.az-a hüqüq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.
Belə ki, işçilər bu Əlavənin onları qane etmədiyini, lakin bu Əlavəyə imza etməyə məcbur edildiklərini bildirirlər.Belə ki,İşçilərin Əmək Müqaviləsinin 9.5 bəndinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi kimi bəzi maddələri əlavə olunub: “Göstərilən bəndlərin hamısı işçilərin hüquq və təminatlarının səviyyəsini azaldır, işçi ilə Əmək müqaviləsinin ləğv edilməsinin asanlaşdırılması məqsədi daşıyır, (eynilə müddətli əmək müqaviləsi bağlandığı kimi), işçi üçün heç bir əhəmiyyət daşımır, heç bir əlavə güzəşt və təminatlar yaratmır, işçi bununla bir çox güzəşt və təminatlardan məhrum edilir”.
M. Qəhrəmanlı əlavə edib ki, Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsinin şərtlərinin zorla və ya məcburi surətdə dəyişdirilməsi qadağandır.
Belə ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən:
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Gülşanə Mustafayeva
İnterpress.az