İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Beynəlxalq hüquq müdafiə təşkilatı, bu məşhur şirkətlərin uşaq əməyindən istifadə etdikləri iddiası ilə çıxış edib.
\”Palma yağı ilə insident” adlı hesabatda əmək istismarı marka adları arasında məşhur şirkətlərin – “Nestlé”, “Procter & Gamble”, “Unilever”, “AFAMSA”, “ADM”, “Colgate-Palmolive” adları çəkilib.
“Şirkətlər uşaqların istismarına göz yumur, dəhşətli pozuntuları görərərək, təkrar onların əməyi sayəsində yüksək dərəcəli gəlir götürürlər. Bu iri kompaniyalar müştəriləri inandırmağa çalışırlar ki, onların istehsal etdikləri məhsullarda ekoloji təmiz palma yağı istifadə edilir. Ancaq yoxlama nəticəsində məlum olub ki, bu heçdə belə deyil. Uşaq istismarı sayəsində hazırlanmış bu məhsullarda ekoloji təmiz bir şey yoxdur\” – bunu Beynəlxalq hüquq təşkilatın üzvü Medna Abraham söyləyib.
İnterpress.az