İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, \”European Journal of Medicinal Chemistry\”- də dərc olunan məqalədə, Rus kimya mütəxəssisləri və Amerikanın \”İmmune Pharmaceuticals\” şirkətinin mütəxəssislərinin, digər kimyaterapiya növlərinə laqeyd xərçəng hüceyrələrini yox etmə xüsusiyyətinə sahib kükürd, karbohidrogen və azot komponentlərini tapdıqları ifadə edildi.
Moskva Fizika və Texnologiya İnstitutundan Aleksandr Kiselev bunu dedi: \”Bu komponentləri seçməmiz təsadüf deyil. Aminotiyazollerin çoxu geniş farmokolojik və bioloji təsirə malikdirlər. Buna görə biz bu sinifə aid komponentlərin xərçəng əleyhinə təsir göstərəcəyini düşündük.
Kiselev və həmkarları işlərində, sürətli və ucuz bir şəkildə xərçəng müalicəsində istifadə edilən dərmanların əldə edilməsini təmin edəcək yeni molekul sintez metodunu izah ediblər.
Bu metodu istifadə edərək Rusiyadan kimya mütəxəssisləri və həmkarları 30 ədəd dərman yığıblar. Təcrübə nəticələrinə görə, bu molekula oksigen və kükürd elementlərini ehtiva edən iki yeni karbohidrat zəncirinin əlavə dərmanların təsirini artırdı və xərçəng hüceyrələrinin bölünmə prosesini dayandırdı.
Bu dərmanların xərçənglə mübarizədə istifadə ediləcəyi ifadə edildi. Daha sonra mütəxəssislər bu komponentin necə təsir etdiyini və bölünən hüceyrələri necə yox etdiklərini araşdıracaqlar.
İnterpress.az