İlin sonuna yaxın dövlət müəssisələri barələrində hesabat hazırlayıb, statistik göstəriciləri ictimaiyyətə təqdim edir. Belə bir hesabatı \”Bakı Metropoliteni\” QSC-də öyrənmək niyyətinə düşdük. 2016-ci ildə Bakı metrosunda neçə nəfərin intihar və ya intihara cəhd etməsinin rəqəmlərini yəqin ki, çoxlarımız bilmək istəyərik. Məhz \”Bakı Metropoliteni\”dən bu statistikanı öyrənməyimizin tək səbəbi son zamanlar intihar üçün metronu seçənlərin sayının çoxluğu və artması ilə bağlıdır. Bir sözlə, mövzunu işıqlandırmağımız təsadüfi deyil. Bu gün səhər saatlarında özünü qatarın altına atan 65 yaşlı kişi intihara cəhd edənlərin sayının öyrənməyimizə səbəb oldu deyə bilərik. Görəsən 2016 ci idlə Bakı metrosunda neçə nəfər intihar və ya intihara cəhd edib? Rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb, yoxsa azalıb?
\”Bakı Metropoliteni\”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev İnterpress.az-a bildirir ki, xüsusi olaraq intihar hadisəsinin qeydiyyatı aparılmır:
\”Baş verən hadisələrlə bağlı qeydiyyat ümumi aparılır. Hamısının özünün siyahısı var. Özü də çox böyük siyahıdır. Və bu məlumatı da heç kimə vermirlər. Amma yəqin ki, konkret intihar məsələsi polisdə olar. Çünki birbaşa işi onlar aparırlar\”, – deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az