QHT-lərin büdcəsinə yenidən baxıla bilər – AÇIQLAMAbackend

QHT-lərin büdcəsinə yenidən baxıla bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu təkliflə parlamentin birgə komitələrinin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bir neçə deputat çıxış edib.

Deputat Qüdrət Həsənquliyev deyib ki, ölkədə bir çox insan QHT sektorunda işləyir və ailəsini dolandırır: “Bu gün QHT sahəsində işləyən xeyli insan var. Onlar bu sahədə işləyərək ailəsini dolandırır.

Ona görə də QHT-lərə gələn il üçün ayrılacaq vəsaitin məbləğinə yenidən baxılsa daha yaxşı olar”.
Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, deputat Şahin İsmayılov çıxışında bildirib ki, Gənclər Fonduna ayrılması nəzərdə tutulan vəsait də artırılsa daha yaxşı olar:

“Keçən il Gənclər Fondunun büdcəsi 4 milyon və hətta 4 milyon 700 min manat idi. Gələn il isə Gənclər Fonduna 1 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Amma hər il keçdikcə Gənclər Fonduna müxtəlif layihələrlə müraciət edən gənclərin sayı artmaqdadır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsa daha yaxşı olar”.

Maliyyə Naziri Samir Şərifov isə deputatların fikirlərinə münasibət bildirərək deyib ki, QHT-lərin gələn il üçün nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər.
Xatırladaq ki, 2017-ci il dövlət büdcə layihəsinə əsasən gələn il QHT-lərə 3 milyon manat ayrılması nəzərdə tutulur.

İnterpress.az