Kollecdə ağır xəstəliklərlə bağlı tədbirbackend

Kollecdə ağır xəstəliklərlə bağlı tədbir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbir \”Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində \”Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin təşkilatçılğı ilə baş tutub. Kollecin müəllim kollektivi və şagirdlərin qatıldığı tədbirdə \”Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin aparıcı üzvlərindən biri doktor Fikrət Xəlilov donor və layihə haqqında qısa məlumat verib, bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin ekspert həkimi Solmaz Mirzəyeva tələbələrə müasir cəmiyyətimizin bəlasına çevrilmiş olan ağır yoluxucu xəstəliklər- Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında danışdı, onlara bu xəstəliklərin əlamətləri, onlara yoluxma yolları və müalicə üsulları barədə məlumat verib. Bu məlumatlar tələbələr tərəfindən böyük marağa səbəb olub və buna görə də tədbir diskussiyalar şəklində davam edib.

Təlimin sonunda tələbələrə layihə çərçivəsində hazırlanan ağır yoluxucu xəstəliklər (Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm) haqqında bukletlər paylanılıb.

İnterpress.az