Baş Prokurorluq xəbərdarlıq etdibackend

Baş Prokurorluq xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu açıqlama ilə Baş Prokurorluğun mətbuat xidməti çıxış edib.

Bildirilib ki, Tarif Şurasının qeyd edilən qərarından sui-istifadə edən “Politika.az” xəbər portalı yaydığı informasiyalarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd edib.

“Belə ki, həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilmişdir.

Göstərilənlərlə əlaqədar xəbər portalının rəhbəri Baş Prokurorluğa dəvət edilmiş, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına son qoyulması tələb edilməklə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.

İnterpress.az