“Əli Abbasov dedi ki, MTN-in böyük dəstəyi və köməkliyi lazımdır”backend

“Əli Abbasov dedi ki, MTN-in böyük dəstəyi və köməkliyi lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, o bildirib ki, nazirliyin maliyyə mənbələri təsərrüfat hesablıdır: \”Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim. Mənə deyilən hər şeyi də qanun çərçivəsində yerinə yetirmişəm\”.

Təqsirləndirilən şəxs bildirib ki, prezidenti olduğu klubun sponsoru bir başa Rabitə və Yüksək Texnologiya Nazirliyi olub: \”Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri \”Azintelekom\” MMC-nin hesabına verilirdi. Nazirin göstərişi ilə hər ay Vidadi Zeynalovdan 50 min dollar kluba görə alırdım. Sonradan əlavə kömək olaraq 29 min dollar almışam. Vidadi Zeynalov özü də bunları təsdiq edə bilər. Burda heç kimi ittiham etmirəm. Sadəcə olan şeyləri deyirəm. Əgər o pulları mənimsəsəydim mənim də evim, bağım obyektlərim olardı. Ümumiyyətlə, işimdə nəsə qüsur olsaydı elə birinci gündən bunları istintaqa deyərdim?\”.

Cəlil Cəfərov bildirib ki, dəfələrlə voleybol komandasının işindən ayrılmaq istəyib: \”Bununla bağlı cənab nazirə də demişdim. Dedim ki, 3 dənə şöbə ver işləyim, amma voleybolu istəmirəm. Lakin icazə vermədi. Ümumiyyətlə, voleybol işini yaxşı bilirdim\”.

Təqsirləndirilən bildirib ki, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona nazir Əli Abbasov tapşırıq. “Qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətə də daim nazir özü nəzarət edib. Nazir mənə dedi ki, trafik həcminin sürətlə aşağı düşməsinin və kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyi lazımdır. Ona görə də \”AKEY\” tərkibində olan \”Cartburq\” MMC ilə çalışırdıq. Həmin şirkət Ayaz Kərimovun idi. Hər ay onların işçisi olan Elmar Hüseynov gəlib pul gətirirdi. Ordan 50 min dolları klub üçün, 29 min dolları data sistemə görə götürürdüm. Qalan 300 min dollar civarında pulu isə Vidadi Zeynalova verirdim\”.

Xatırladaq ki, Ayaz Kərimov barəsində axtarış elan edilib. O, həm də sabiq nazir Eldar Mahmudovun oğlunun yaxın dostudur.

Prosesdə təqsirləndirilən şəxs \”Azərpoçt\” MMC-in baş direktoru olmuş Qəmbər Bəybalayev ifadə verib. O, ifadəsində bildirib ki, 20 ilə yaxın rabitə sahəsində çalışıb:

\”Burda oturanlar içində ən çox bu sahədə çalışan mənəm. \”Azərpoçt\” rəhbərliyinə gətiriləndən sonra bildim ki, poçt sistemi çox bərbad vəziyyətdədir. Əli Abbasov nazir təyin olunandan sonra isə bu sistem inkişaf etdi. Vidadi müəllim də buna öz töhvəsini verirdi. O zamanlar Əli Abbasova məndən şikayət eləmişdilər və araşdırıldı məlum oldu ki, mənim heç bir günahım olmayıb\”.

Təqsirləndirilən şəxs \”paket\” sisteminindən də danışıb: \”Əli Abbasov bizə \”paket\” verilməsi ilə bağlı təklif edəndə, mən buna razı olmadım. Xahiş etdim ki, maaşlarımızı qaldırın. O da mənim xahişimi yerinə yetirdi, mərkəzi aparatın maaşını yüksəltdi. 300 manat alan mən 1300 manat almağa başladı. Bizə 74-ə idarə rəisi tabe idi. Biri də deyə bilməz ki, onlardan bir qəpik almışam. Onların özlərinə \”paket\” verilirdi. Bizim idarədən pullar aparıldı. Yalnız mən heç bir zaman bu işə qarışmamışam. Mənə milyonlarla pul mənimsəmədiyim deyilir. Əmlaklara baxsınlar. Qusarda çobanın 2 mərtəbəli evi var, mənim isə 1 mərtəbəli evim var. Fikirləşirdim ki, prokurorluq məni buraxar. Çünki heç vaxt mənimsəmədə iştirak etməmişəm\”.

İttihama münasibət bildirən Qəmbər Bəybalayev qeyd edib ki, bölgələrdə olan poçt xidmətinin bərpası üçün nazirlik və dövlət tərəfindən vəsait ayrılırdı: \”Bu vəsait üzrə tender müqaviləsi keçirilirdivə qaliblərlə müqavilələr aparılırdı. Mən bütün işimi qanun çərçivəsində aparmışam. Mərkəzi aparatın maaşı yaxşı olub. İdarə rəislərinə də müəyyən \”paket\”lər verilirdi\”.

Proses dekabrın 7-i davam edəcək.

İnterpress.az