BDM sədri Türkiyədə mükafatlandırma mərasimindəbackend

BDM sədri Türkiyədə mükafatlandırma mərasimində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənət, siyasət, idman və bir çox istiqamətdə fəaliyyət göstərən tanınmış simaların mükafatlandırıldığı mərasimdə BDM sədri İsmayıl Ağayev “Uluslararası proje ödülü” mükafatına layiq görülüb və ona mükafatını Türkiyənin keçmiş TBMM başqanı, Bartın millət vəkili Köksal Toptan təqdim edib. İsmayıl Ağayev çıxışında bildirib: “Mən çıxışıma hər iki Ulu öndər, Heydər Əliyevin “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə başlamaq istəyirəm. Azərbaycan və Türkiyə tarix boyu sıx birləşmiş, qardaş olmuş iki dövlətdir. Türkiyə hər daim Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olmuşdur. Əngəlsiz qardaşlarımız üçün düzənlənən bu mərasimdə mən ermənilərin torpaqlarımızın işğalı zamanı törətdikləri vəhşiliklər nəticəsində əlil olmuş insanları qeyd etmədən keçə bilmərəm. Mən bu mükafatı onlar adına alıram. Burda azəri qızımız Günel də iştirak edir və mən onu səhnəyə dəvət edərək xatırlatmaq istəyirəm ki, Günel işğal altında olan Ağdam rayonundandır. Mən ümid edirəm və əminəm ki, biz yenidən o torpaqlara qayıdacağıq. Bir daha hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “3-cü Əngəlsiz Sənət Ödülləri” mükafatlandırma mərasimində Türkiyənin keçmiş TBMM başqanı, Bartın millət vəkili Köksal Toptan, xanımı Saime Toptan, Yenimahalle Bələdiyyə başqanı Fethi Yaşar, Türkiyə Barolar Birliyi başqanı, Prof. Dr. Metin Feyzioğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu Ankara Azərbaycan Evi Dərnək başqanı Erdoğan Çeçen, Bartın Bələdiyyə başqanı Cemal Akın və bir çox önəmli simalar iştirak edib. Sonda sənətçi Günel Azərbaycan mahnıları ilə çıxış edib.
Səfər çərçivəsində BDM sədri və müşaviri Ankara Yenimahalle Bələdiyyə başqanı Fethi Yaşarla görüşmüş, BDM adından ona fəxri diplom və xatirə hədiyyəsi təqdim edilmişdir.

BDM sədri Türkiyədə mükafatlandırma mərasimində

BDM sədri Türkiyədə mükafatlandırma mərasimində

BDM sədri Türkiyədə mükafatlandırma mərasimində

İnterpress.az