“2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır il oldu”backend

“2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır il oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu dekabrın 2-də Prezident İlham Əliyev Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib:

\”Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq\”.

Prezident bildirib ki, sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq:

\”Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək\”.

İnterpress.az