Azərbaycanın əsas qumarbazı 334 min avro udub – VİDEObackend

Azərbaycanın əsas qumarbazı 334 min avro udub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Haqqin.az saytına istinadən xəbər verir ki, bu həvəskarlardan biri Ramin Hacıyev Maltada keçirilən beynəxalq turnirdə 334 min avro qazanıb. Ramin Hacıyev Avropa Poker turnirinin finalına vəsiqə qazanan 6 oyunçudan biri olub. Ramin Hacıyev poker cəmiyyəti tərəfindən “hayroller” adına layiq görülüb. Hayroller- böyük məbləğdə pul yatıran oyunçalara deyilir. Bu insanlar bir neçə saat ərzində bir neçə milliyon dollar qazana və ya uduza bilərlər.

Ramin Hacıyevdən başqa əsas mükafat uğrunda ukraynalı Aleksey Xoroşenin də mübarizə aparıb. Ukraynalı poker oyunçusu iki il əvvəl Venadan keçirilən turnirdə qalib olub, 800 min dollar qazanmışdı. Ukraynalı qumarbaz bütün karyerası ərzində 2,5 milyon dollar qazana bilib. Ramin Hacıyevin digər rəqibləri avstraliyalı Devid Yan, belarus Nikita Bodyakovski, britaniyalı Maks Silver və əfsanəvi alman Ole Şemion olub.
Finalda Ramin Hacıyev və avstraliyalı Devid Yan qarşılaşaraq, 3 əl oynayıblar. Ramin Hacıyev ikinci yerə çıxaraq, 334 min avro qazana bilib.

Final Oyunun nəticələri: Devid Yan- 465 min avro, Ramin Hacıyev-334,400 min avro,Aleksey Xoroşenin-217 min avro, Maks Silver-164 min avro, Nikita Bodyakovski-127 min avro, Ole Şemion-98 min 740 avro.

İnterpress.azhttps://youtube.com/watch?v=DHyTfgbpnao