Sərnişin 6 min metr yüksəklikdə təyyarənin qapısını açmağa çalışıb.
İnterpress.az xəbər verir ki, hadisə Nayrobi–Laqos reysi ilə uçan təyyarədə baş verib.
Məlumata görə, kişi Madaqaskar gömrüyündə saxlanılıb və ölkəyə girişinə icazə verilməyib. Bundan sonra aviaşirkət onun eyni marşrutla geri qaytarılmasını təmin etməli olub.
Uçuş zamanı kişi əvvəlcə pilotların kabinəsinə daxil olmağa, daha sonra isə təyyarənin arxa qapısını açmağa çalışıb.
Digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün ekipaj üzvləri onun əllərini arxadan bağlayıblar.
Təyyarənin Laqosa enməsinə təxminən 20 dəqiqə qalmış kişi huşunu itirib. Təyyarə yerə endikdən sonra həkimlər onun öldüyünü bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






