İnterpress.az-ın məlumatına görə, Angela Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir. Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.
Bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur. 2015-ci ildə ölkəsinə 890 min mühacirin gəlməsi nəticəsində çətin vəziyyətə düşən federal kansler Avropa İttifaqı və Türkiyə arasında sazişdən sonra rahatlıq tapıb. Belə ki, bu sazişdən sonra 2016-cı ildə miqrant axını 70 faiz azalaraq 280 min nəfərə düşüb.
Kəskin tənqid olunmasına baxmayaraq, açıq qapı siyasətini müdafiə edən Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır. (azərtac)
İnterpress.az