İnterpress.az \”Qazeta Ru\”ya istinadən xəbər verir ki, Ukraynanın məmur və deputatları Donald Trampın inaqurasiya mərasimini yaxından izləmək üçün həmin mərasimin dəvətnamələrinin hər birini 100 min dollara əldə ediblər.
Bu barədə “Ukrayna112” telekanalında Ukraynanın keçmiş daxili işlər naziri Konstantin Qrişenko öz çıxışında belə söyləyib. “Eşitdiklərimdən mənə məlum olanı budur ki, 100 min dollar və daha artıq pul ödəməklə 20 nəfərlik masa arxasında əyləşən dəvətlilər onlardan 150 metr kənarda cərəyan edən mərasimi diqqətdə saxlamaq imkanı qazanacaqlar”.
Keçmiş DİN naziri Qrişenko həm də onu bildirib ki, “Orda iştirak edən məmur və deputatlar arasında Amerika prezidenti Donald Trampın diqqətini cəlb edib, əlini sıxmağa layiq olan heç kimsə yoxdur. Orda iştirak edənlər həmin mərasimdə olduqları ilə öyünəcəklər. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki stadionda oyunu izləyən həvəskarın qələbəyə sevinməkdən başqa heç bir mühüm rolu olmur”deyə eks-nazir məsələyə münasibətini bildirib.
İnterpress.az