“Oğlumu tapıb gətirin, bildiklərimi danışım”backend

“Oğlumu tapıb gətirin, bildiklərimi danışım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Polis Maşaripovun 4 yaş 5 aylıq oğlunu özləri ilə aparan 3 terrorçunu tapmaq üçün axtarışları davam etdirir.

İlkin məlumatlara görə, 39 nəfərin qatili polislərdən tez-tez oğlunu soruşur və o, uşağı tapıldığı halda hər şeyi danışacağını söyləyib.

“İstanbulun Silivrə vilayətində olarkən yanıma bir nəfər gələrək “Hər yerdə səni axtarırlar. Uşağını səndən alacağıq, qaçdığın zaman yanına gətirəcəyik” dedi və oğlumu məndən aldılar”,-deyə Ə. Maşaripov bildirib.

Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

İnterpress.az