İnterpress.az xəbər verir ki, Qol.az-ın məlumatına görə, yığmamız 9-cu yer uğrunda görüşdə Belarusla qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan millimiz 5:4 hesabı ilə qalib gəlib.
Bununla da Təbriz Həsənovun komandası turniri 9-cu pillədə başa vurub.
Qeyd edək ki, millimiz bu pillə uğrunda mübarizədə ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.
Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-cu yer uğrunda oyun
20 yanvar
20:00 Belarus U-19 – Azərbaycan U-19- 1:1 (penaltilər seriyası – 4:5)
Qollar: Nikita Bılinkin, 76 (1:0) Rafael Məhərrəmli, 90+3 (1:1)
İnterpress.az