İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m² olan hamam otağının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Ümumi sahəsi 200 m² olan tikilinin elektrik lövhəsində 12 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb.
Otaqlar yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az