Suriya müxalifətinin nümayəndələri Astanadadırbackend

Suriya müxalifətinin nümayəndələri Astanadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.

Onun sözlərinə görə, yaxın saatlarda Suriya hökuməti nümayəndə heyətinin də Astanaya səfəri gözlənilir.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. Az öncə qeyd etdiyimiz kimi, ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

İnterpress.az