Borcu olanlardan pulu zorla almaq üçün işçi axtarılır – 700 AZN maaşbackend

Borcu olanlardan pulu zorla almaq üçün işçi axtarılır – 700 AZN maaş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu elan bank borcunu borcludan almağı üzərinə götürən kollektor şirkət tərəfindən yerləşdirilib.

Elanda qeyd edilir ki, keçmiş hüquq-mühafizə orqanlarının, icra şöbələrinin işçiləri və bankların borc qaytarma mütəxəssislərinə üstünlük verilir: “Namizədlərdən hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmə, stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi, məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilər, müştərilər ilə yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı kimi özəlliklər tələb olunur”.

Qeyd edək ki, bank borcunu borcludan almağı üzərinə götürən kollektor şirkətlərinin fəaliyyəti tam qanunsuzdur. Məhkəmə qərarlarının icrasını “Icra haqqında qanuna” görə, yalnız icra orqanları həyata keçirir. Qanuna görə, dövlət orqanlarına məxsus səlahiyyətlər onları QHT-lər, komerssiya və qeyri-komerssiya qurumları həyata keçirə bilməz. Kollektor şirkətlərinin fəaliyyəti qanunsuzdur. Borclulara təzyiq edənlər Cinayət Məcəlləsinin 308.1 və 309.2 maddəsiylə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Borcu olanlardan pulu zorla almaq üçün işçi axtarılır – 700 AZN maaş

Borcu olanlardan pulu zorla almaq üçün işçi axtarılır – 700 AZN maaş

İnterpress.az