İnterpress.az xəbər veirr ki, “Azadlıq” radiosu adını çəkmək istəməyən məhbus yaxınlarından birinə istinadən bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib: \”Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub\”.
Başqa bir məhbus yaxını da radioya deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: \”Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar… Məhbusları döyüblər… Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar”.
Məlumatlara görə, məhbuslar içəridəki bahalıqdan və qidalanmadan narazıdırlar. Belə ki, misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında \”perlovı\”dan başqa heç nə verilmir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə radioya deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: \”Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır\”.
İnterpress.az