“Səs yazısına görə bizdən acıq çıxırlar”backend

“Səs yazısına görə bizdən acıq çıxırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a tələbələr məlumat verib. Onlar bildirib ki, Jurnalistika fakültəsində Politologiya fənnindən keçirilən imtahan zamanı bir qrupun 13 tələbəsi aşağı bal alıb.

Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir: \”28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 balla girib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?

Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər. Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olması da mesajın bir hissəsidir. Hamısı düşünülüb”.

Məsələ ilə bağlı fakültənin dekanı Cahangir Məmmədlinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

İnterpress.az