Xəbər verdiyimiz kimi, uzun illər sonra Berni Ekklstoun əvəz ediləcək. Onun hazırkı postuna Çeyz Keri gətirilib.
Milyarder iş adamı Gon Maloneunun sahibi olduğu \”Liberty Media\”, “Formula 1”-i satın alma prosesinə keçən ilin sentyabr ayında başlandığını açıqlamışdı. \”World Motor Sports Council\”-in təsdiq verməsinin ardından təşkilatın qalan bütün hissələrini satın alan \”Liberty Media\”, “Formula 1”-in yeni sahibi olub.
Formula 1-in rəsmi internet saytında da bu haqda məlumat verilib. Rəsmi sayt yazır ki, satış əməliyyatları tamamlanıb və ABŞ mərkəzli media şirkəti olan \”Liberty Media\” 8 milyard dollar qarşılığında təşkilatın yeni sahibi olub.
86 yaşlı Berni Ekklstoun yerinə gətirilən Çeyz Keri ABŞ media şirkəti \”21st Century Foxun\” keçmiş rəhbəridir. Formula 1-ə verdiyi töhfələrinə görə təşəkkür edilən B.Ekklstounun fəxri prezident ünvanıyla rəhbərliyə məsləhətlər verəcəyi bildirilsə də, o, bunu qəbul etməyib.
40 il “Formula-1” avtomobil yarışlarının icraçı direktoru olan B.Ekklstoun istefası ilə bağlı danışarkən onun məmnun olmadığı hiss edilib: “Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni istefaya göndərdilər, artıq bu vəzifəni Çeyz Keri icra edəcək. Mən sadəcə gedirəm. Düzdür, yeni vəzifə təklif edilib. Amma bu Amerika terminidir, bir növ fəxri prezident kimi vəzifədir. Mən bunun nə demək olduğunu bilmirəm”.
Həmçinin, \”Mercedes\” və \”Ferrari\” kimi komandalarda bir dövr idarəçilik edən Ros Brovn isə “Formula 1”-in yeni baş direktoru olub. ABŞ mərkəzli məşhur idman kanalı \”ESPN\”in idarə heyətində olan Sean Bratçes isə “Formula 1”-in kommersiya haqlarından məsul idarəçisi olaraq təyin edilib.
Qeyd edək ki, rəhbərliyin dəyişməsi Bakıda keçiriləcək “Formula 1” yarışlarına heç bir təsir etməyəcək. (musavat)
İnterpress.az