Psixoloq Dəyanət Rzayev intihar edib – YENİLƏNİBbackend

Psixoloq Dəyanət Rzayev intihar edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Dəyanət Rzayev intihar edib.

Tanınmış psixoloq, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.

Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.

Ailə üzvlərinin verdiyi məlumata görə, D. Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

Onların bildirdiyinə görə, D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

***

İnterpress.az xəbər verir ki, tanınmış psixoloq Dəyanət Rzayevin intihar etdiyi xəbəri yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Dəyanət Rzayevin həmkarlarından biri ilə əlaqə saxladıq cavabında isə belə bir hadisənin baş vermə ehtimalının olduğunu və hal-hazırda dəqiqləşdirməyə çalışdığını bildirdi.

Ətraflı məlumat veriləcək…

Psixoloq Dəyanət Rzayev intihar edib - YENİLƏNİB

İnterpress.az