İnterpress.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərinə münasibət bildirərkən deyib.
O bildirib ki, intiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir: \”Tanınmış psixoloq da intihar edib. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür”.
Deputat hesab edir ki, dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir.
Fazil Mustafa vurğulayıb ki, Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var: \”Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun”.
Qeyd edək ki, Dünən tanınmış psixoloq Dəyanət Rzayev intihar edib. O, özünü yaşadığı evdə kəmərlə boğub.
İnterpress.az