Keçmiş məhkum özünü yandırıb öldürdübackend

Keçmiş məhkum özünü yandırıb öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Hadisə yanvarın 26-sı gecə saat 02:00 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, I dalan, ev 5-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sultanov Arif Məmməd oğlu yaşadığı evdə üzərinə tez alışan maddə töküb. A.Sultanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az