London polisi AZAL-ın bələdçilərini sərbəst buraxdıbackend

London polisi AZAL-ın bələdçilərini sərbəst buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

“Ötən gün həmin aviareys başqa bələdçilərlə yerinə yetirilib. Bu gün buraxılan bələdçilər isə yaxın günlərdə Azərbaycana qayıdacaq”, – deyə P.Kəsəmənski əlavə edib.

Xatırladaq ki, sözügedən reys yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə London aeroportunun polisi tərəfindən saxlanılıb.

İnterpress.az