“İntihar böyük Günahdır”backend

“İntihar böyük Günahdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntihar (suisid) – Qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.

İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir.
İnterpress.az Psixoloq Dəyanət Rzayevin intiharı ilə bağlı tanınmış İlahiyyatçı Elşad Miriyə müraciət etdi.

"İntihar böyük Günahdır"

İnsanlara yardım əli uzadan məşhur psixoloq niyə bu usula əl atdı?

Onu təmiz, səmimi, inanclı insan kimi tanımışam. Bilirdim ki, insanları aldatmır, maxinasiya etmir. Hər zaman ona hörmət etmişəm. Dəfələrlə birgə verilişlərdə də olmuşuq. Bu xəbəri eşidəndə çox təəssüfləndim. Bu həddə gəlməsini anlaya bilmədim. Ancaq bu o demək deyil ki, psixoloq intihar edə bilməz. O da bir insandır. Ola bilsin ki, müraciətlərin sayının çox olması və başqa problemlərinin mövcudluğu onu bu addımı atmağa vadar edib.

Dinimizdə intihar etmək böyük günah hesab olunur…

İslamda intihar qəti şəkildə haramdır. Allah Quranda da buyurur ki, \”özünüzü öldürməyin\”.

Yaponiyada neçə illər intihar halının olmaması üzrə aparılan testin ağır nəticələri bütün dövləti ayağa qaldırmışdı. Belə ki, metroların birində “Çox xahiş edirik, intihar etməyin” kimi yazı paylaşıldıqdan sonra intihar halları daha da çox baş verdi. Ən təəccüblüsi isə o idi ki, əksər intihar halları metroda baş veriridi. İnformasiyanın yaratdığı bu kabusun fəsadlarına səbəb olan həmin testi keçirənlər cinayətə cəlb olunmuş və bu intiharların qarşısının alınması üçün uzun müddət təbliğat işləri aparılmışdı.
İntiharların artmasına informasiyaların rolu varmı?

\”Türkiyə kimi ölkədə intihar xəbərlərini yaymaq qadağan olunub. Azərbaycanda da bu addım atılsa yaxşı olar. Hesab edirəm ki, bununla intiharların sayını azalda bilərik”.

Saida Mustafa
İnterpress.az