Həcc ziyarəti üçün sənəd qəbulu başladıbackend

Həcc ziyarəti üçün sənəd qəbulu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

İnterpress.az