Qarabağ Azadlıq Təşkilatı piket keçirəcəkbackend

Qarabağ Azadlıq Təşkilatı piket keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QAT-dan musavat.com-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd QAT üzvünün əsassız olaraq işdən azad edilməsidir.

“Rayon rəhbərliyinə göndərilən müraciətdə göstərilir ki, təşkilatın üzvü Xaləddin Həmidov heç bir əsas gətirilmədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yerli şöbəsində çalışdığı fəhlə işindən azad edilib. Qurumun müdiri Vasif Fərəcov onu təhqir edib, özünü çox kobud aparıb. Yerli idarə müdirlərinin bu cür hərəkətləri həm insanları ağır vəziyyətə salır, həm də ciddi narazılıqlar yaradır”, – deyə QAT-dan bildirilib.

Aksiya fevralın 1-də Ağsu rayonu telekommunikasiya qovşağının qarşısında keçiriləcək.

İnterpress.az