İnterpress.az xəbər verir ki, aktrisa bu barədə Twitter-dəki səhifəsində yazıb. T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib.
Aktrisa öz səhifəsində yazıb: “Trampın iranlılara viza verilməsini qadağan edən qərarı irqçi qərardır. Bu mədəniyyət tədbirlərinə şamil olunsa da, olunmasa da mən “Oskar” mərasimində iştirak etməyəcəyəm”.
Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-ı Los-Ancelesdə təqdim olunacaq.
İnterpress.az