ATV telekanalında yayımlanan “Yoxlama” verilişi 171 saylı orta məktəbin direktorunu ölümlə üz-üzə qoyub. Belə ki, “Yoxlama” verilişinin aparıcı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb. Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı direktor Telman Qardaşovun beyninə qan sızdığı müəyyən olunub. Telman müəllimi müalicə üçün başqa xəstəxanaya aparmaq istəyən ailə üzvlərinə həkimlər tərəfindən deyilib ki, xəstəni yataqdan tərpətmək ölümünə səbəb ola bilər. Hazırda direktorun vəziyyətinin ağır olduğu bildirilir.
İnterpress.az xəbər verir ki, Moderator.az-a bu barədə direktorun yaxınları tərəfindən məlumat daxil olub.
İnterpress.az
https://youtube.com/watch?v=PIIVk-VVh-Q