Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu boğaraq amansızlılqa qətlə yetirib və daha sonra cinsiyyət orqanını kəsib.
İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Rakif Bayramova hökm oxunub.
Məhkəmənin qərarı ilə o, 15 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rakif Bayramovun nəvəsini öldürməsinin səbəbi kimi onun ailəsini saymamasını göstərmişdi.
\”Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Artıq onun hərəkətlərindən bezmişdim. Nə qədər xəbərdarlıq etsəm, başa salsam da xeyri yox idi. Hadisədən bir gün əvvəl onun evə narkoman dostunu gətirdiyini eşitdim. Əsəbləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum\”-deyə nəvəsini öldürən şəxs ifadəsində demişdi.
İnterpress.az