İnterpress.az xəbər verir ki, sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Eyni zamanda, komitənin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Salayev Baba Hacı-Baba oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi;
Hüseynov İsmayıl Xəlil oğlu – Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi.
İnterpress.az